AQCAKEND

  

                                           

 


 

 

 

KƏLBƏCƏR RAYONUNUN XƏRİTƏSİ


 

 

 

 

 

 

      Ağcakənd- Azərbaycan eləcədə dünya tarixində analoqu olmayan bir ərazidir.                                                Nofəl Ədalət.

 


 

 

  (Məqalə ixtisarlarla verilib. )             

Dünyanın ən qədim insan mədəniyyətinin formalaşdığı Azərbaycan yaşı milyonu aşan insan məsgənləri ilə dünya tarixinin daş yaddaşina  hopmuşdur.  Bu qədim      insan məsgənlərinin müəyyən hissəsi tədqiq olunsada müəyyən bir qismi hələdə öz sirli düyününün acılmasini gözləyir.Muəyyən qurup yaşayış məsgənləri isə nəin ki tədqiq olunmuş,tarixi ədəbiyyatlarda belə adina rast gəlmirik.Adına tarixi ədəbiyyatlarda təsəduf etmədiyimiz bu cür yaşayiş məsgənlərindən biri Kəlbəcər rayonunun Ağcakənd kəndidir.Adının “Kitabi Dədə Qorqud”dastanlarının müxtəlif bylarinda çəkildiyi Ağcakənd yaşı milyonu aşan maddi mədəniyyət numunələri ilə Azıx,Tağlar,(Qarabağ)Qazma,(Naxcıvan M.R)Zar,(Kəlbəcər rayonu) Daşsalahlı,Aveydağ,(Qazax rayonu)və.s.kimi yaşayiş məsgənləri ilə eyni tarixi dövürə aiddir. Ağcakəndin zamanında tədqiq edilmədiyindən fikirlərimizi müəyyən tapıntılara isdinadən söyləmək məcburyətindəyik.   1980 cı ildə Kəndin ərazisində aşkar edilmiş daş çapacaqlar və bu kimi daş dövürünə aid edilən daş alətlərə istinadən bu ərazidə insanlarin erkən Aşel dövüründə yaşadığını söyləmək mümkündür(700-150 min illər arasi)    Şəxsi evlərdə Kəlbəcər rayonunun Tarix Diyarşunaslıq muzeyində saxlanilan bu tapintilar çaxmaqdaşi və Bazalt tipli daşlardan hazırlanıb.    Alətlərin Daş dövrünün müxtəlif mərhələlərinə aid edilməsi insanların artıq otraq həyata başladiqlarını göstərir.  Bir sıra arxiyoloqlarin gəldiyi qənaətə görə “İbtidai insanlar Azərbaycan şəraitində çay kənarlarında,meşələrdə,qaya altında və mağaralarda yaşamişlar”. ( İ.M.Cəfərzadə ) Bu vacib şərtlər haqqında söz acılan ərazidə mövcuddur.Şirin su mənbələri,təbi mağaralar və.s.Bununla yanaşı Mezolit dövrünə aid edilən maddi subutlara da ərazidə mütəmüdi olaraq  rast gəlinir.      Mezolit dövrünün izlərini insanlarin o zamanki zehni inkişafi ilə bağlı olan bəsit dünya görüşünün gösdəricisi  sayıla biləcək dəfin mərasimlərinin izlərində, (1986-ci ildə fərdi yaşayış evinin tikintisi zamani dağin yamacinda qazilmiş 14 metir hündürlüyü olan xəndəyin aşağısında insan cəsədinin qalıqları aşgarlanmışdır.Cəsədin dəfin olunma formasina nəzər yetirəndə Mezolit dövrünə aid dəfin qaydalari ilə üst üstə düşdüyü aşkar görünür.Aşkarlanmış insan cəsədinin qalıqlari başı qərbə olmaqla gobut daş hörgü arasinda dəfin edilmişdir.)eləcədə Kalafalıq adlanan ərazidə torpaq aşınması zamanı aşkarlanmış bu dövür ox  ucluqlarinda və.s.də  izləmək mümkündür.  Neolit dövründə yaşamiş insanlarin ovsun,totem inanclarını əks etdirən Qayaüstü təsvirlərə də kəndə yaxın ərazilərdə xususi ilə Sağsağan qaya adlanan qaya üzərində rast gəlinib.Bir cox tarixçilər bu nəsil qayaüstü təsvirləri Neolit dövrünə aid edirlər. Ağcakəndin yerləşdiyi ərazi mis yataqları ilə zəngin olduğundan ərazidə Enolit dövrünə aid edilən məişət əşiyalarına eləcədə döyüş alətlərinə daha cox rast gəlinird eləcədə yerli tarixcilər bu dövrüdən başlayaraq ibtidai metallaşmanın əsasını qoyan insanların əmək vərdişlərində mühüm nailiyyətlərin əldə edildiyini qeyd edirlər.Eləcədə bu dövrdən başlayaraq qədim insanlar heyvandarlıqla həmcinin əkinciliklə geniş şəkildə məşğul olmağa başlamışdır.    Ağcakənd ərazisi həm təsərüfat həmdə əkinçilik baxımından uyğun bir yerdir.Bundan faydalanan yerli insanlar ovculuqdan da bəhrələnmişdir.Təsərüfat məqsədi ilə aparılan işlər zamanı aşkarlanan iri və xırda buynuzlu heyvan sümüklərinin qalıqları fikirlərimizi tamami ilə təsdiqləyir.       1990 – cı ilin əvvələrində Kalafalıqda sümükdən düzəldilmiş ox və nizə ucluqları,yer şumlamaq ücün toxa aşkarlanmışdır ki,buda  Enolit dövrünə aiddir.   Yerli əhalinin hər addım başı qarşılaşdığı tapıntılar cox zamanda aşkarlanan şəxslərin özləri tərəfindəndə münasibət bir mənalı olmadığından.Onlar aşkarlandığı yerdədə tərk edilmiş və ya məhv edilmişdir. Buda insanların məlumatsızlığından irəli gələn məsələdir.   Ağcakənd azərbaycan eləcədə dünya tarixində analoqu olmayan bir ərazidir.Muasir Ağcakənd enolit kəndi üzərində inşa edilib.Dünya tarixşunaslığında Qədim daş dövründən başlayaraq ardıcıl olaraq Müasir dövrümüzə kimi davamlı yaşayış məskənlərinin olduğu ya məlum deyil və ya bu kimi qədim yaşayış sahələri hələki aşkarlanmayıb. Azərbaycan ərazisində az qisim tunc dövrünə aid yaşayış məskəınləri varki onlar daş dövr yaşayış məskəni üzərində inşa edilib (Kültəpə,Baba dərviş)və sonradan bu ardıcıllıq davam etməyib.Ağcakənddəsə bu ardıcıllıq dövrümüzə kimi davam edib.      Tarixi ardıcıllığın davamı olaraq Tunc dövrünə aid tapıntılarda Diqqət cəkən faktlardandır.   1950 –cı ildə kəndin qərb hisəsində yeni inşa ediləcək yaşayış evinin bünövrəsi təmizlənərkən Tunc dövrünə aid olan döyüş alətləri :Tucdan hazırlanmış döyüş baltası,nizə ,oraqı xatırladan alət,tunc qılınc aşkar edilmişdir.Alətlərin tapıldığı ərazidə insan cəsədlərinin qalıqlarıda aşkarlanıb.Tunc dövr yaşayış məskənləri daha asan muhafizə oluna i.Dünya bilən,hündür yerlərdə, təbi təpələrdə salınırdı.Döyüş alətlərinirn tapldığı ərazisə bu uyğunluqla uzlaşmadığından ehtimalki Tarixi tapıtıların aşkarlandığı yerdə kütləvi qarşı durmalar baş vermişdir.   Tuc dovründə artıq ilkin şəhər mədəniyyəti formalaşmağa başlayır, Qədim insanlar yaşayış sahələrini pılanlı şəkildə tikir bununlada ibtidai şəhər salma mədəniyyətinin əsasını qoyurdular.O dövür şəhərlərinin Ağcakənd ərazisində aşkarlanan qədim xarabalıqlarla eyni və ya yaxın memarlıq üslubi  əsas verirki bu ərazidə o dövr şəhərlərindən biri ,yaxud böyük yaşayış məskəninin olduğunu söyləyək.  Enolit dövrünün son mərhələsində ölülərin saxsı küplərdə dəfn olunması ənənə halını alırdı. Azərbaycanla yanaşı dünyada olan qədim dəfn mədəniyyətində saxsı qəbirlər mühüm yer tutur.Dünya tarixşunaslığında İkicayarası (Mesapatamiya) Şimali Übey mədəniyyəti kimi təqdim edilən bəşər tarixinin İlkin cağlarını özündə yaşadan dövrdə mövcud olan dəfn mərasimlərinin izləri bütün Şərqdə geniş yayılmışdır.Milli tarixcilərimiz bu mərasimləri Azərbaycan ərazisində ancaq leytəpə yaşayış məskəninin adı ilə bağlamışlar (Bax.Azərbaycan tarixi –sə-32.Z.bünyadov,)Lakin araşdırmalar bu siyahının Leytəpə ilə bitmədiyini göstərir və Ağcakəndində bu cərgədə olduğunu subut edir.  Ağcakənddə ərazisində aşkarlanan saxsı qəbirlərdə əsasən kiçik və ort yaşlı uşaqlar dəfn olunmuşdür.   1986-cı ildə kəndin mərkəzi hissəsində inşaat işləri aparılarkən 14 –metir dərinlikdən başlayaraq üc qatda müxtəlif tarixi dövürlərin sirlərini özündə gizləyən qəbirlər üzə çıxmışdır.Aşağı qatda olan qəbirlər bəsit şəkildə daşlarla hörülmüşdür.İkinci layda olan qəbirlər arasında saxsı qəbirlərə daha çox rast gəlinir.Bu qədim qəbirlərin maraq doğuran tərəfi,qəbirlər arasında olan məsafənin xeyli olmasıdır.Birinci layda oln qəbirlə ikici layda olan qəbirlərin arasındakı məsafə altı metir,ikinci və ücüncü lay arasında kı məsafə üc metirdir.  Siklop tikililər. Bəşər övladı özünün fiziki imkanlarına bələd olduqca yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə müxtəlif vasitələrdən istifadə etməyə başlayıb.İnsanı ilk düşündürən hər cür kənar təsirlərdən özlərini daimi muhafizə edə biləcəkləri yerin seçilməsi və ya özləri tərəfindən yaradılması idi.Bu məqsədlədə insanlar təbi mağaralarla yanaşı süni yaşayış yerləridə inşa etməyə başlamışlar.İlkin çağlarda bəsit inşat işlərinə başlayan əcdadlarımız sonrakı bəşəri sivilizasyaya səbəb ola biləcək addımlar atmışdır.Bu baxımdan antiq yaşayış sahələrinin öyrənilməsi strateji istiqamət kimi Arxiyoloqları,eləcədə Etnoqrafları maraqlandırmalıdır.Cox təssüfki bizim haqqında söz acacağımız Siklop haqqında Azərbaycan tarixində bir kəlmədə belə danışılmayıb.Eləcədə Kəlbəcər rayonunun Tarixi,coğrafi ,etnoqrafik və s.sahələrini özündə cəmləşdirən kitablarda.   Siklop tikililəri Son tunc və ilk dəmir dövrünə aid edirlər.Ağcakəndin 13-14 k.m. də Balxıdüzü adlanan ərazidə geniş bir sahəni əhatə edən nəhəg qaya parcalarında,böyük daş buloklardan inşa edilən bu tikilinin Azərbaycanda analoqu yoxdur.Ölkəmizdə olan Siklop qalacalar mövcuddur lakin bu qalacalardan fəriqli olaraq Balxıdüzü siklopu daha yüksək və daha mötəşəmdir.Ehtimalki bu Siklop tiklilər düşmən hucumundan müdafi olunmaq məqsədi ilə inşa edilib. Qədim insanların fiziki imkanlarının gösdəricisi olan bu abidəni muasir texnologiyayla həmin ərazidə  inşa etmək çox çətindir. Muasair dünya tarixçiləri bu tip abidələrin hansı texnoloji isulla inşa etdikləri haqqında ortaq fikirə gələ bilmirlər.Qədim yunan rəvayətlərindən götürülən  Siklop adıda əfsanəvi məzmun daşıyır.     Ağcakənd məbəd kopleksi.    Azərbaycanın qədim memarlıq  mədəniyyətinin izlərinə ölkənin istənilən yerində rast gəlmək mümkündür.Bu abidələri illərin sərt sınaqları,insan əlləri cox zaman məhv edib və məhv etməkdədir.Cox zaman tariximizin daş yaddaşı olan abidələri düzgün qiymətləndirməmək,onlara biganə münasibət məhv olmaları ilə nəticələnib.Ağcakənd məbəd kopleksidə məhv edilən taerixi abidələrimizdən biridir.Abidəni düzgün qiymətləndirməyən bəzi xəyal pərəstlər erməni təbilıiğatına uyaraq 1950 – ci illərdə yerlə yeksan edib yerində yaşayış evləri inşa ediblər.Sonradan gələn nəsilin bir çoxları bu qədim məbəd haqqında təsəvürü belə yoxdur.Son dövrlərə məbədin bir iki daşı qalmışdir ki onlarda məbədin yerində inşa edilən tikililərin divarlarına qoyulub.  Kəndin şimal hisəsində kənd sakinləri arasında “Otaykı məhlə” adlanan  yerdə mükəmməl muhafizə oluna bilən yüksəklikdə inşa edilmiş məbəd yerli əhalinin xiristanlığa qədərki dini görüşlərinin göstəricisi olmaqla yanaşı ,həmcinin sonradan edilən əlavələr nəticəsin də Xiristanlıq məbədinə çevirilmişdir.        Genioş bir ərazini əhatə edən məbədin kəndin ərazisində yerləşməsi buranın geniş ərazi mərkəzi olduğunu göstərir.Antik tarixçilərdən olan böyük yunan tarixcisi Strabon Albanyadan və Albanların dini dünya görüşündən söz açarkən,məbəd koplekslərinin yerləşdiyi ərazini məbəd əyaləti adlandırır və məbədin baş rahibini əyaləti idarə edən şəxs kimi təqdim edir.Həmin Rahibin hökümdardan sonra ikinci nifuzlu şəxs olduğunu göstərir.Strabona istinadən qədim Albanyanın tərkib hissəsi olan Ağcakənd məbədinində Məbəd əyalətlərindən birinin mərkəzi olduğunu söyləmək mümkündür.   Abidə qədim Alban memarlıq üslubu ilə inşa edilmişdir.Təssüf ki,bir sıra tarixi qaynaqlarda Alban məbədlərinin tarixini ərazidə xiristanlığın yayılmasıilə bağlayırlar.Əsilində isə bu qəbil abidələrin tarixi xiristanlıqdan daha qədimdir.Hələ xiristyanlığın bu ərazidə yayılmadığı zamanlarda inşa edilən məbədlərdə rast gəlinən xaç işarələrinin xiristanlıqla hecbir əlaqəsi yoxdur.   Xaç işarələrinin tarixinə nəzəır salanda görürük ki,yaxın şərqdə enolit dövründən başlayaraq xaçdan müəyyən rəmzi işarə kimi istifadə etmişlər.Xiristanlığa qədərki dövr ərzində xac işarələri artıq misirdə,Asuryada və.s.ərazilərdə geniş yayılmışdır.  Əcdadlarımız E.Ə.üçüncü min illikdən başlayaraq oda qoruyucu təmizləyici mələk kimi baxırdılar.Qədim mixi , Urartu, Yunan qaynaqlarında xaçın odun ,işığın sinvolu kimi təqdim olunur.Bunlarda nəyinki məbədlərdə ümumiyyətlə Albanya ərazisində rast gəlinən və xiristyanlıqdan əvvələ dayanan xaç işarələrinin xiristanlıqla bağlı olmadığını göstərir.


Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !